Bu şagirdlər buraxılış imtahanlarından azad edilib - SİYAHI

Psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısı açıqlanıb. 

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bu günə qədər 615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad olunub.  

Qərarı Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında DİM qəbul edib.