AVCİYA seçkilərlə bağlı aralıq hesabat təqdim etdi

AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı aralıq hesabat təqdim edib.  Sherg.az-ın xəbərinə görə, hesabat icmal ümumi məlumat, seçici siyahıları, seçki adminisrasiyasının fəaliyyəti, AVCİYA tərəfindən aparılmış KİV-in monitorinqinin nəticələri, AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında məlumat adllı bölümlərdən ibarət olub. Hesabatın icmal hissəində Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci ilin 18 oktyabrından bu günə kimi Milli Məclisə 1995, 2000, 2005, 2010, 2015-ci illərdə keçirilmiş seçkilər haqqında qısa məlumat verilib. Bu hissədə həmçinin, Qərb ölkələri qurumlarının seçkilərlə bağlı tövsiyyələri barədə məlumat verilib. 

Məlumatda qeyd olunub ki, “Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə7, ATƏT, DTİHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı 40, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyyə irəli sürüb. Bunların təhlili aparıldıqda məlum olur ki, bu tövsiyyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı tövsiyyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyyələrin əksəriyyəti əvvəlki tövsiyyələrin təkrarından ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən verilən tövsiyyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası “Seçki Məcəlləsi”nin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər edilib. Ümumiyyətlə 2003-2015-ci illərdə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyişiklik və ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılıb. 



AVCİYA seçki öncəsi maarifçilik məqsədi ilə Şamaxı, Şirvan, Gəncə, Mingəçevir, Quba, Sumqayıt bə Bakı şəhərlərində regional seminarlar təşkil edib. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində regional ofislərin işini bərpa edib. Müşahidəçilər üçün “Yaddaş Kitabçası” və “Beynəlxalq təşkilatların rəy və tövsiyyələri müqayisəli təhlili” adlı iki kitab nəşr edilib. Bundan əlavə assosiasiya seçkilərlə bağlı KİV-in iki dövrünü əhatə edən monitorinq təşkil edib. AVCİYA hesab edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki mövcud ictimai-siyasi vəziyyyət, sabitlik, ədalətli və şəffaf seçkilərin keçirilməsinə imkan verir. AVCİYA Seçki Qərargahı fəaliyyət proqramına uyğun fəliyyətini davam etdirir.