Çində koronavirus: 563 nəfər ölüb, 28 min 18 nəfər yoluxub

 Çində koronavirusdan ölənlərin sayı 560 nəfəri ötüb. 

«Sherg.az»  «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, 28 mindən çox adam yoluxub. Daha dəqiq ifadə etsək, ölənlərin sayı 563 nəfərə çatıb.

Honkonq və Makao şəhəri daxil olmaqla 28 min 18 nəfər yoluxub ki, onların da 3 min 700-ü bir gündə baş verib. Bu barədə Çin rəsmi mənbələri məlumat yayıb. 

Qeyd edək ki, virusun episentri sayılan Çinin Vuhan şəhərində 1 min çarpayıdan ibarət xəstəxana istifadə verilib. Hətta 1600 çarpayıdan ibarət ikinci bir xəstəxananın inşası da planlaşdırır.