Bakı konfransının önəmi: Türk dövlətləri arasında əməkdaşlıq güclənir

“Türkdilli ölkələrin Əməkdaşlıq Şurası Təşkilatının genişləndirilməsi istiqamətində atılan addımlar Mərkəzi Asiya və Kiçik Asiya arealında Türk dövlətlərinin siyasi inteqrasiyasını gücləndirə bilər”.  

Bunu Sherg.az-a açıqlamasında Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, bu istiqamətdə aparılan işlər türk dövlətləri arasında əməkdaşlığı gücləndirəcək: 

“Müasir dünya nizamında türk dövlətlərinin interasiyası yeni imkanlara və siyasi mövqeyə sahiblənəcək. Türk birliyi xarici təhdidlərin önləməsi üçün əməli işlər həyata keçirərsə, böyük dövlətlər də bizimlə hesablaşar. Hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlığı Türkiyə, Azərbaycan və Qazaxıstanın birgə səyləri ilə yüksək inkişafa nail olacaq. Əməkdaşlığın genişlənməsi Xəzər regionunda və Mərkəzi Asiyada yeni geosiyasi mərhələyə gətirib çıxara bilər”.