MSK-ya daxil olan şikayətlərin sayı açıqlandı

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 47 şikayət daxil olub.

Bu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib. M.Pənahov qeyd edib ki, 7 şikayət əvvəlkilərlə eyni məzmunlu olduğundan onlara baxılmayıb.