Politoloq: “Avropa Şurası ölkəmizə qarşı dəfələrlə ədalətsiz qərarlar qəbul edib”

“Ölkəmiz 2001-ci ildən Avropa Şurasında üzvdür. Bu illər ərzində Avropa Şurası ilə əməkdaşlıqda müxtəlif problemlər olub və gərginliklər yaşanıb”. Bu sözləri Prezident İlham Əliyevin Avropa Şurasını tənqid etməsinə dair fikrilərini Sherg.az-la bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Avropa Şurası ölkəmizə qarşı dəfələrlə ədalətsiz qərarlar qəbul edib:

“Avropa Şurasının qətnamələrini ədalətsiz hesab ediriksə, onları tənqid etməyə də haqqımız var. Lakin bu quruma üzvlükdən çıxa bilmərik. Çünki, belə olduğu halda Ermənistan Azərbaycan əleyhinə təbliğatını gücləndirə bilər. Biz AŞ-da Azərbaycanın işinə haqq verən millət vəkillərinin sayını artırmağa çalışmalıyıq ki, onlar Azərbaycana dəstək versinlər. AŞ Avropanın əsas sturukturlarından biri deyil. Bu qurum tək Azərbaycana yox, digər ölkələrə də problemlər yaşadır. Ona görə də AŞ-nı tənqid etmək bizim haqqımızdır. Amma bu tənqid Azərbaycanın AŞ-ya üzlüyündən imtina etməsi ilə nəticələnməli deyil”.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul ededərkən çıxışında Avropa Şurasını sərt tənqid edib. Avropa Şurasının hər iki qardaş ölkəyə riyakarlığı və ikili standart uyğulaması beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir.