Namizəd ilkə imza atdı: Təşviqatda surdo-tərcümədən istifadə edib

23 saylı Nəsimi-Səbail dairəsindən deputatlığa namizəd Zaur Darabzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə paylaşdığı video-paylaşımda ilk dəfə olaraq surdo-tərcümədən də istifadə edilib. 

Bu metod cəmiyyətdə maraqlı qarşılanıb. 

Bununla bağlı Sherg.az-a açıqlama verən Zaur Darabzadə bildirib ki, namizədliyini irəli sürəndə əsasən gənclərin namizədi kimi özünü ictimaiyyətə təqdim etsə də  müxtəlif kateqoriyadan olan şəxslərə yönəlmiş çoxsaylı müraciətləri olub: 

“Bütün təbliğat-təşviqat kampaniyası müddətində mən tək olaraq heç bir addım atmamışam. Bizim müasir, hər biri öz sahəsində ixtisaslaşmış, təcrübəli şəxslərdən ibarət 80 nəfərdən artıq üzvü olan böyük bir komandamız var. Hər qərarı birlikdə veririk. Hesab edirəm ki, seçki prosesində heç kim, heç bir təbəqə diqqətdən kənarda qalmamalıdır. Çünki bizim şüarımız da belədir “Dəyər verən gələcək”.