Kosmosa ilk göndərilən canlılar



Məşhur inancın əksinə kosmosa göndərilən ilk canlı insan olmayıb.

"Sherg.az"ted.az-a istinadən bildirir ki, dünyada orbitə çıxarılan ilk canlı varlıq 1957-ci ildə Layka adlı 2 yaşlı it olub. Layka Sovet süni peyki Sputnik 2 ilə kosmosa buraxılıb, lakin missiyanı diri olaraq başa çatdıra bilməyib və kosmik macəranın ilk qurbanı olub.

Kosmik səyahətdən diri gələn ilk heyvanlar 1960-cı ildə Sputnik 5 ilə kosmosa göndərilən Belka və Strelka olub.

Kosmosun ilk qonaqları arasında şimpanze də olub. Amerikanın ilk "astro-şimpanze"si Ham banan mükafatı üçün Merkuriyə göndərilib. 16 dəqiqə 39 saniyə kosmosda qalan Ham sağ şəkildə geri qayıdıb.

İlk fransız kosmonavt Veronique raketində kosmosa göndərilən Hektor adlı siçan olub. Hektor miniatür kosmonavt geyimində 1961-ci ildə kosmosa göndərilib.

1963-cü ildə Veronquie raketində kosmosa göndərilən heyvan kosmonavtlardan biri də Feliks adlı pişik olacaqdı. Lakin Feliks qaçdığına görə onun vəzifəsini Felicette adlı pişik "öhdəsinə götürüb". Pişiyin beyninə yerləşdirilən elektrodlar sinir impluslarını qeyd edirdi. Felicette sağ şəkildə dünyaya qayıdıb.

1968-ci ildə Sovet layihəsinin bir hissəsi olaraq, tısbağalar Ayın ətrafında fırlanıb, canlı şəkildə dünyaya qayıdıblar. 1975-76-cı ildə Soyuz layihəsinə əsasən kosmosa göndərilən başqa tısbağalar da olub. Həmin tısbağalar kosmosda ən çox qalan heyvanlar olublar.

1973-cü ildə Arabella və Anita adlı iki hörümçək orta məktəb tələbəsinin tövsiyəsi ilə bir neçə ay Skylab 3-də qalıb. Onlar ilk hörümçək torunu orbitdə toxumaqla tarixə düşüblər.

Kosmos qonaqları arasında meduza da olub. Meduza 1991-ci ildə Kolumbiya kosmik gəmisi ilə kosmosa göndərilib. Böyümə sürətini sınamaq üçün kosmosa göndərilən meduza, Yerə qayıdarkən tarazlıq itkisi yaşayıb.