YAP-ın namizədi razıdır: “Seçici aktivliyi var” - FOTO

“Namizəd kimi seçkinin çox şəffaf və demokratik keçirildiyini deyə bilərəm”.  

Bunu Sherg.az-a açıqlamasında 51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov deyib. 

Namizəd bildirib ki, bu gün keçirilən parlament seçkiləri müstəqil Azərbaycan tarixində ən aktiv seçkidir: 

“Xalq arasında seçkiyə maraq kifayət qədər böyükdür. Bütün məntəqələrdə apardığım müşahidələr onu deməyə əsas verir ki, seçici aktivliyi var. İnsanlar səs vermək və öz namizədini seçmək uğrunda heç nəyə məhəl qoymadan məntəqələrə gəlirlər. Seçicilərə heç bir müdaxilə yoxdur. Hər bir namizədin 2-3 müşahidəçisi prosesi izləyir. Məntəqələr kameralarla daim izlənilir. Həmçinin, “Exit-poll” da aparılır”.