Tural Turan: “Ciddi qanun pozuntuları müşahidə edilmir”

“Mən səs verdiyim məntəqədə kameralara görə, ciddi qanun pozuntuları müşahidə edilmir”.

Bunu Sherg.az-a açıqlamasında 102 saylı Samux-Şəmkir Seçki Dairəsindən parlament seçkilərinə namizəd, Prezident təqaüdçüsü Turan Tural deyib. 

Namizəd bildirib ki, buna baxmayaraq, digər məntəqələrdə müəyyən müdaxilələr müşahidə olunmaqdadır: 

“Aldığım məlumata görə, həmin məntəqədə qapıda duran bəzi şəxslər seçiciləri “filan adama səs verin” şəklində yönləndirirlər. Əsasən, bələdiyyə nümayəndələri seçki prosesində qayda pozuntularına rəvac verirlər”.