YAP Siyasi Şurasının üzvü: “Yüksək seçki əhval-ruhiyyəsi var”

“Hazırda Yasamal rayonunda səsvermədə iştirak edirəm. Baxmayaraq ki, bu gün hava bir az sərtdir, amma bu, sərtlik insanların seçib-seçilmək hüququna heç bir təsir göstərmir”.

Bu sözləri Sherg.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, seçicilərin əhval-ruhiyyəsi yüksək səviyyədədi:

“Bu gün ölkəmizdə kifayət qədər yüksək seçki əhval-ruhiyyəsi var. Seçicilərə olduqca yüksək şərait yaradılıb. Vətəndaşlar gəlib öz namizədlərinə rahatlıqla səs verirlər. 35 saylı Xətai rayon seçki məntəqəsində də oldum. Kifayət qədər aktivlik var. Hazırda səsvermələr davam edir və seçkilər yüksək səviyyədə reallaşır”.