Müxalifət partiyasının namizədi: "Bu seçkilərə “barmaq etməyə” imkan verməyəcəyik"

"12 saylı dairənin bütün məntəqələrində müşahidəçilərimiz var. 4 məntəqədə xırda prosedur pozuntusu var idi. Müşahidə imkanları məhdud idi, müşahidəçilər prosesi tam görə bilmirdilər, onları həll etdik". 

Bu sözləri namizədliyini 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən irəli sürən “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli deyib. 

"Səhər saat 08:00-dən məntəqələri gəzirəm, məntəqələrin birində qalstuklu müəllim barmağını yoxlamağa imkan vermək istəmirdi, amma israr etdik, razılaşdı. Başa saldıq ki, bu seçkilərə “barmaq etməyə” imkan verməyəcəyik"- deyə N. Cəfərli əlavə edib. 

Onun sözlərinə görə, saat 10:00-a ən çox seçici gələn məntəqədə 68, ən az seçici gələn məntəqədə isə  7 seçici olub.