Tural Abbaslı: “Biz artıq belə səhnələrə öyrəşmişik”

“Seçici aktivliyi hər zaman olduğu kimidir”. 

Bunu Sherg.az-a açıqlamasında Ağ Partiya sədri, 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizəd olmuş Tural Abbaslı deyib. 

Namizədin sözlərinə görə, xüsusi seçici fəallığı hiss olunmur: 

“Təbiidir ki, bir çox dairələrdə seçici aktivliyini artırmaq üçün müəyyən üsullardan istifadə edilir. Əsasən, məktəb müəllimlərinin, valideynlərin, səhiyyə və MKİS işçilərinin cəlb edilməsi ilə süni aktivlik görüntüsü yaradılır. Ancaq biz artıq belə səhnələrə öyrəşmişik. Ona görə də bu seçkilərlə bağlı xüsusi gözləntim yoxdur”.