Politoloq səsvermədə gördüklərindən danışdı: “Seçici aktivliyi...”

“109 saylı Balakən seçki dairəsində aktivlik yüksəkdir”.

Bunu Sherg.az-a açıqlamasında 109 saylı Balakən seçki dairəsinin namizədi Nəsib Məhəməliyevin komandasının üzvü, siyasi ekspert Zeynal Əmralıyev deyib. 

Politoloq bildirib ki, seçicilər rahat, sərbəst şəkildə seçki məntəqlərinə gələrək səs verirlər: 

“Hələ təbliğat dövründə apardığım müşahidələrim seçkilərə marağın yüksək olduğunu göstərirdi. Namizədlərin əksəriyyətinin seçicilərlə görüşünə vətəndaş olaraq qatılmışam. 109 saylı dairə üzrə 8 namizəd iştirak edirdi. Namizədlərdən biri YAP-ın, ikisi Müasir Müsavat Partiyası və Milli Dövlətçilik Hərakatı Partiyasının təmsilçiləridir. Digər 5 namizəd isə bitərəf olaraq seçkilərə qatılıb. Hakim Yeni Azərbaycan Partiyasının Balakəndə dayağı çox güclü olduğuna və partiyanın irəli sürdüyü namizədin rayonda yüksək nüfuz sahibi olduğuna görə, iqtidar partiyasının namizədinə maraq böyük idi. Rayonun yerli icra strukturları da seçkinin normal və şəffaf keçməsi üçün çalışdılar. Gün ərzində bu dairədən ciddi pozuntu barədə faktın olmaması dediklərimi təsdiqləyir. İnşallah ən layiqli namizəd qalib gələcək”.