Seçki xalqın iradəsini əks etdirdi: Mənfi rəylər qərəzdən başqa bir şey deyil

“Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir”. Bunu Sherg.az-a açıqlamasında 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd, tarixçi-alim, professor Musa Qasımlı deyib. 

Deputatlığa namizəd vurğulayıb ki, ölkəmizdə ədalətli, şəffaf, azad və demokratik seçkilər keçirilməsi üçün hüquqi baza var: 

“Seçki öncəsi təbliğat-təşviqat kampaniyasına başlayana qədər, namizədlərin qeydə alınması prosesi də daxil olmaqla hər şey qanunauyğun həyata keçirildi. Təbliğat-təşviqat kampaniyası zamanı namizədlər görüşlərinin keçirilməsində, fəaliyyətlərində sərbəst idilər. O zaman da ölkədə bütün təbliğat-təşviqat kampaniyası sakit və demokratik bir mühitdə keçdi. Seçki günü böyük fəallıq mühaşidə edildi”. 



Musa Qasımlı: “Seçki öncəsi təbliğat-təşviqat kampaniyasına başlayana qədər, namizədlərin qeydə alınması prosesi də daxil olmaqla hər şey qanunauyğun həyata keçirildi”


M.Qasımlı bildirib ki, seçki zamanı seçicilər öz istəklərini ifadə etdilər: 

“Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini əsk etdirir. Müşahidəçilərin bəzilərinin yazdıqları narazı rəylərin kimlər tərəfindən yazıldığı, hansı məqsədlər üçün tərtib edildiyi məlumdur. Fikrimcə, ən başlıcası ondan ibarətdir ki, həmin mənfi rəylər qərəzdən başqa bir şey deyil.