Qazaxıstanı kim “qaynadır”? – İğtişaşlar təsadüfi deyil

“ABŞ dövlət katibinin Rusiyanın perferiyasında olan dövlətlərə səfəri çərçivəsində Qazaxıstanda ölümlərlə nəticələnən iğtişaşlar təsadüfi deyil”.  Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.  Analitik bildirib ki, bu, Qazaxıstan hakimiyyətinə ABŞ siyasətində diqqətli olmasının mesajının verilməsi idi: 

“Mərkəzi Asiya uğrunda Rusiya, Çin və ABŞ mübarizə aparır. Əsasən Çin burada iqtisadi imkanlara, Rusiya isə siyasi mövqeyə malikdir. Vaşinqtonun burada təsiri hər iki ölkədən daha güclü ola bilər. Ölkələr əsasən Amerika ilə əməkdaşlıqda maraqlı görünür. Qazaxıstanın burada əsas regional güc olduğunu nəzərə alsaq, Vaşinqtonun bu ölkə üzərindən Mərkəzi Asiyanı nəzarətə almaq cəhdlərinə qarşı Rusiya və Çin birlikdə mübarizə aparıb, dirəniş göstərəcəklər. Bu gün Qazaxıstan cəmiyyətində ciddi parçalanmalar var. Çin və Rusiya kifayət qədər öz mövqeyini gücləndirib. Bu illər ərzində elbaşı Nursultan Nazarbayevin balanslı siyasəti və nüfuzu ölkədə siyasi sabitliyin əsas qarantı idi. Nazarbayevdən sonra ölkədə siyasi sabitliyin pozulması halları baş verə bilər. 



Politoloq: “Mərkəzi Asiya yeni dünya nizamının formalaşması mərhəsləsində cidi siyasi katakalizmlərə məruz qala bilər” 


Prezident Tokayev Qazaxıstanda siyasi sabitliyə yalnız Nazarbayevin dəstəyi ilə nail olur. Mərkəzi Asiya yeni dünya nizamının formalaşması mərhəsləsində cidi siyasi katakalizmlərə məruz qala bilər. Yalnız güclü siyasi hakimiyyət və Rusiyanın tam nəzarəti nəticəsində regionda xaosun qarşısı alına bilər”. 

Qeyd edək ki, fevralın 8-nə keçən gecə Qazaxıstanın cənubunda kütləvi iğtişaşlar baş verib. İğtişaşlar nəticəsində 30-dan çox yaşayış evi yandırılıb, 50 nəfər saxlanılıb. İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayevin sözlərinə görə, iğtişaşlara məişət səviyyəsində insident səbəb olub, lakin provokatorlar vəziyyəti milli münasibətlər müstəvisinə keçirmək istəyiblər. Baş verənlərin araşdırılıb hüquqi qiymət verilməsi üçün Qazaxıstan Prezidentinin tapşırığı əsasında Baş nazirin müavini Berdibek Saparbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb.