Koronavirus OPEK-in qərarına da təsir etdi

OPEK dünyada neftə gündəlik tələbatın artım proqnozunu kəskin şəkildə aşağı salıb.

Bu barədə OPEK-in yaydığı hesabatda məlumat verilib.

Hesabata əsasən, artım proqnozu 230 min barrel azaldılaraq 990 min barrelə salınıb. Məlumata görə, proqnoza düzəliş edilməsində səbəb Çində yayılmış koronavirusdur.