MSK toplandı: Seçkilərlə bağlı qərar veriləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb. Toplantıya MSK sədri Məzahir Pənahov sədrlik edir.

İclasda ilk olaraq 31 yanvar və 1 fevral tarixli iclas protokolları təsdiqlənəcək.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılacaq.

Daha sonra Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş şikayətlər nəzərdən keçiriləcək.

İclasda seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Beynəlxalq Seçki Müşahidə Missiyasının üzvləri də iştirak edirlər.