MSK-da ATƏT-in müraciətinə baxıldı - Attarın akkreditasiyası ləğv olunub

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.

Bu barədə MSK sədr müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciəti daxil olub. Müraciət haqqında məlumat verən R. Qasımov deyib ki, ATƏT/DTİHB Seçki Müşahidə Missiyasının sədri Peter Teyler müşahidəçilərdən Aygün Attarın akkreditasiyasının ləğv olunması ilə bağlı müraciət edib.

MSK-nın iclasında Aygün Attarın akkreditasiyası ləğv olunub.