Tankçı evlilik təklifi üçün maraqlı ünvan seçdi

Moskva ətrafında yerləşən hərbi hissələrdən birində tankçı sevdiyi qıza qeyri-adi ünvanda evlilik təklif edib.

REN TV məlumat verir ki, tanklar poliqonda ürək şəklində düzülüb, hərbçilər dostlarına dəstək veriblər.

Qarşı tərəf hərbçinin təklifinə biganə qalmayıb və nişan üzüyünün barmağına taxılmasına razılıq verib.