“ASAN” xidmətdə qazanılan təcrübə bütün mümkün sahələrdə tətbiq edilməlidir” - Ekspert

“Asan xidmət təkcə ölkəmizdə deyil bütün dünyada ən innovativ müasir yeniliklərdən biridir”.

Bu fikirləri Prezident İlham Əliyevin Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirakını Sherg.az-a dəyərləndirərkən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, müasir dövrün tələblərinə uyğunlaşma dövlətin əsas siyasətidir:



“Elektron hökumətə keçid, şəffaflıq, dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olması prioritetdir. Cənab Prezident də bu siyasəti aparır. Bu işlərdə könüllülərin də böyük rolu var. Getdikcə daha çox sahədə islahatlar aparılır və dövlətlə vətəndaş arasında münasibətlər həm daha rahat, həm də effektiv olur. “ASAN” xidmətdə qazanılan təcrübə bütün mümkün sahələrdə tətbiq edilməlidir. Bu ölkəmizin bütün sahələrinin inkişafına öz təsirini göstərəcək. Həm sosial, həm də iqtisadi cəhətdən faydalı olacaq”.