Müdafiə sənayemiz inkişafdadır: Artıq müasir silah istehsalçısıyıq

“Son 10 ildə Azərbaycanda hərbi sənaye sahəsində bir çox irəlliləyişlər baş verib”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Partiya təmsilçisi bildirib ki, Prezidentin sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb: 

“Ötən il nazirlikdə həm stuktur, həm də kadr dəyişikilikləri aparılmaqla yeni situasiyaya uyğunlaşma prosesi başladıldı. Yeni milli silahlarının istehsalı ilə yanaşı, hərbi sursatların istehsalına da xüsusi diqqət yetirilməyə başlandı. Keçən dövr ərzində Azərbaycan Türkiyədən daha çox hərbi silah-sursat aldığı üçün mövcud vəziyyətdə bunu artıq özümüz istehsal edə bilərik. O, səbəbdən Türkiyə ilə bu, sahədə əməkdaşlığa yenidən baxılmasına zərurət var. Lakin bundan sonra Azərbaycanın daha çox hava qüvvələrinə və raket sistemlərinə diqqət yetirəcəyi şübhəsizidir. Bu istiqamətdə müdafiə sənayemiz NATO ölkələri ilə əməkdaşlığı davam etdirir. Partnyorlarımız arasında İsrail daha çox diqqət çəkən ölkədir. Hesab edirəm ki, bu ölkə ilə daha yaxından əməkdaşlıq etməyə ciddi səbəb var”.



Qeyd edək ki, 2020-ci il yanvarında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 79,77 faiz azalaraq 62 110 dollar təşkil edib. Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.