“Barselona”nın futbolçusu zədələndi



“Barselona” futbolçusu Jordi Albanın zədələndiyini təsdiqləyib.

Qol.az xəbər verir ki, klub rəsmi açıqlamasında müdafiəçisinin qeyri-müəyyən müddətə sıradan çıxdığını açıqlayıb.

Qeyd edək ki, dünən La Liqada “Hetafe”yə qarşı oyunda (2:1) birinci hissəni ortasında zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.