ABŞ hərbi texnikası Suriyaya girdi


ABŞ ordusuna məxsus 55 hərbi yük maşını İraqdan Suriyanın Hasekə əyaləti ərazisinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə “Şam FM” radiosu məlumat yayıb.

Məlumata görə, tank, hərbi texnika, mühəndis qurğuları və sursat daşıyan 55 yük maşını İraqdan çıxaraq Hasekə əyalətinə gəlib.