Azərbaycanda 3,9 maqnitudalı zəlzələ oldu

Bu gün Şamaxıda zəlzələ olub.
APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.