"Sədərək" Ticarət Mərkəzindəki yanğın söndürüldü - VİDEO - FOTO (YENİLƏNİB)

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.  Hazırda Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. 

Hazırda yanğın yerində soyutma və kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə  konstruktiv materialların sökülməsi işləri davam etdirilir.

 
09:23

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən "Sədərək" Ticarət Mərkəzinə gəlib.

Yanğının qarşısının tam alınması üçün tədbirlər davam etdirilir. 

09:09

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb. 

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi üçün işlər davam etdirilir.

08:05

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. 

Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.