Bakıda məşhur restoranın qarşısında kişi meyiti tapıldı

Bakıda naməlum kişi meyiti tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayonun Mirzəağa Əliyev, 139 ünvanında yerləşən “Papa Johns Pizza” restoranının qarşısında kimliyi məlum olmayan, təxminən 55-60 yaşlarında kişi meyiti tapılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.