Bolton Trampı İrana yumşaq davranmaqda suçladı

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə eks-müşaviri Con Bolton Donald Trampın xarici siyasət kursunu tənqid edib.

Axar.az xəbər verir ki, Bolton ABŞ-ın Şimali Koreyaya qarşı siyasətinin uğursuzluğa düçar olduğunu bildirib. Bolton Şimali Koreyanın nüvə silahından imtinası ilə bağlı heç bir sübutun olmadığını söyləyib.

Eks-müşavir həmçinin vəzifədə olduğu müddətdə İrana qarşı sərt siyasətin tərəfdarı olduğunu və hətta bu ölkənin rəhbərinin dəyişdirilməsini tələb etdiyini qeyd edib.

Bolton hazırda Vaşinqtonun Tehrana maksimal təzyiq göstərmədiyini bildirib.

O, Trampın Rusiyaya qarşı da sərt olmadığını söyləyib.