Ümumavropa Qarabağ mitinqi olacaq – VİDEO

Fevralın 22-də Almaniyanın paytaxtı Berlində Qarabağ mitinqi keçiriləcək.

Axar.az xəbər verir ki, mitinq “Xocalıya ədalət” kampaniyası çərçivəsində baş tutacaq. Mitinqdə Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla, bütün azərbaycanlı əsir və girovların azad edilməsi, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri məlum qərar və qətnamələrə Ermənistan tərəfinin riayət etməsi tələbləri də səsləndiriləcək.

Mitinq Berlinin mərkəzində, tarixi Brandenburq qapılarının qarşısında baş tutacaq. Aksiya saat 13:00-dan 15:00-a qədər davam edəcək.