Pənahovla namizəd arasında gərginlik yaşandı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahovla Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərli arasında gərginlik yaşanıb. 

Oxu.Az-ın məlumatına görə, F.Cəfərli çıxış edəndən sonra M.Pənahov onun fikirlərinə münasibət bildirib.

Bu zaman F.Cəfərli M.Pənahovun sözünü kəsib. MSK sədri isə F.Cəfərlinin iclas zalından çıxarılması barədə göstəriş verib.