Bakıda itkin düşən qız tapılıb


Bakıda itkin düşən 22 yaşlı qız tapılıb.

APA-nın məlumatına görə, fevralın 10-da saat 19 radələrində Qaradağ rayon sakini, 1998-ci il təvəllüdlü Pakizə Abbasova yaşadığı evdən çıxaraq gedib və geri qayıtmayıb.

Ailə üzvlərinin Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə etdiyi müraciət əsasında P.Abbasova tapılaraq ailəsinə təhvil verilib.