Bakıda 54 yaşlı kişini canavar parçaladı

Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib.

Report xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu məruz qalıb.

Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.

C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.