Parlament seçkiləri: Şikayət daxil olan dairələrin sayı bilindi

Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu günə qədər 82 seçki dairəsindən daxil olan müraciətlərə baxıb.

Oxu.Az-ın məlumatına görə, daxil olan şikayətlərin bir qismi qanunla müəyyən olunmuş vaxtda təqdim edilmədiyindən geri qaytarılıb.

Bir qismi təmin olunmayıb, yerdə qalan hissəsi isə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

Şikayət daxil olan seçki dairələrinin siyahısını təqdim edirik. 9 saylı Binəqədi İkinci, 108 saylı Ağstafa, 78 saylı Lerik, 11 saylı Qaradağ, 32 saylı Suraxanı Üçüncü, 114 saylı Şəki Kənd Birinci, 79 saylı İmişli, 123 saylı Kəlbəcər, 27 saylı Sabunçu İkinci, 21 saylı Nəsimi Birinci, 88 saylı Göyçay, 56 saylı Xaçmaz Kənd, 110 saylı Zaqatala, 44 saylı Sumqayıt-Xızı, 14 saylı Xəzər seçki dairələridir.

Bundan başqa, 47 saylı Mingəçevir, 53 saylı Quba-Qusar, 125 saylı Zəngilan-Qubadlı, 10 saylı Binəqədi Üçüncü, 46 saylı Şirvan, 8 saylı Binəqədi Birinci, 66 saylı Biləsuvar, 38 saylı Nizami İkinci (Gəncə), 86 saylı İsmayıllı, 101 saylı Göygöl-Daşkəsən, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 34 saylı Xətai İkinci, Nərimanov İkinci Seçki, 57 saylı Kürdəmir, 54 saylı Şabran-Siyəzən, 52 saylı Quba, 42 saylı Sumqayıt İkinci, 24 saylı Nizami Birinci, 68 saylı Cəlilabad Kənd, 16 saylı Yasamal İkinci, 51 saylı Qusar, 98 saylı Şəmkir Şəhər, 73 saylı Lənkəran Şəhər, 121 saylı Laçın, 41 saylı Sumqayıt Birinci, 22 saylı Nəsimi İkinci, 23 saylı Nəsimi-Səbail, 29 saylı Səbail, 19 saylı Nərimanov Birinci, 70 saylı Masallı Şəhər, 85 saylı Şamaxı, 18 saylı Nərimanov-Nizami, 91 saylı Ucar, 31 saylı Suraxanı İkinci, 84 saylı Füzuli, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər, 120 saylı Cəbrayıl-Qubadlı, 25 saylı Nizami İkinci, 82 saylı Ağcabədi, 77 saylı Astara, 118 saylı Ağdam Şəhər, 107 saylı Qazax, 60 saylı Salyan-Neftçala, 63 saylı Sabirabad Birinci, 40 saylı Kəpəz İkinci (Gəncə), 112 saylı Qax, 13 saylı Xəzər-Pirallahı, 15 saylı Yasamal Birinci, 61 saylı Neftçala, 71 saylı Masallı Kənd, 48 saylı Yevlax, 106 saylı Tovuz-Qazax-Ağstafa, 94 saylı Bərdə Kənd, 28 saylı Sabunçu Üçüncü, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 109 saylı Balakən, 67 saylı Cəlilabad, 45 saylı Abşeron, 92 saylı Zərdab-Ucar, 50 saylı Abşeron-Qobustan və 81 saylı Beyləqan Seçki dairələrindən də müraciətlər daxil olub.

Naxçıvan Muxtar Respublikası üzrə isə cəmi bir şikayət daxil olub. 6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə namizədliyi qeydə alınmış Mətləb Aslanovun müraciəti şikayətvermə müddəti ötürülməklə verildiyinə görə geri qaytarılıb.

33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin isə nəticələri ləğv olunub.

Həmçinin, 125 seçki dairəsi üzrə 27 məntəqənin nəticələri etibarsız sayılıb.