Koronavirus: 2 min ölü, 74 min yoluxan... 


Çində koronavirusdan ölənlərin sayı 2 min nəfərə çatıb.
“Sherg.az”  “lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.Xəbərə görə, bu virusa yoluxanların da sayı durmadan artır. Artıq Çində 74 min 186 nəfər bu epidemiyaya yoluxub. 
Qeyd edək ki, virus ilk növbədə Çinin Hubey əyalətində yayılıb. Dekabrdan etibarən yayılan virus digər ölkələrə də ayaq açıb. Çində virusdan ölənlər və virusa yoluxanlar günbəgün artır. Virusa yoluxma halının ən pik həddi fevralın 3-də qeydə alınıb. Bu tarixdə gün ərzində 890 yoluxma halı olub.