Manaf Ağayev: “Bir kəlmə sözə görə baş kəsərəm” - VİDEO

Müğənni Manaf Ağayev daha bir qalmaqallı açıqlaması ilə gündəmə damğa vurub. Oxu.Az xəbər verir ki, ATV-də yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olan sənətçi proqramın aparıcısı Mətanət Əliverdiyevanın suallarına tuş gəlib.

“Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan?” - deyə, aparıcı Manafa sual ünvanlayıb.

Ağayevin cavabı sərt olub:

“Belə göründüyümə baxma. Bir kəlmə sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Balaca qızım ağlayırdı, onda yoldaşımı vurmuşam. Üzr istəmədim. Bir-birimizi yaxşı tanıyırıq. Məni başqaları ilə müqayisə etmək lazım deyil. 35 ildir ki, ailəliyəm. Evə daxil olmağımdan, üz ifadəmdən həyat yoldaşım bilir ki, əhvalım necədir”.

M.Əliverdiyeva Manafı haqlı hesab etdiyini deyib:

“Ailə kişidən asılıdır. Kişidən çəkinmək, qorxmaq lazımdır. Bunu açıq etiraf edirəm. Kişinin başında boşqab sındırıramsa, ondan ailə olmayacaq. Bu, xarakter deyil”.