Bakıda 66 yaşlı xəstə ağciyər-ürək çatışmazlığından öldü

Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə vəfat edib. Oxu.Az xəbər verir ki, 1954-cü il təvəllüdlü xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna fevralın 13-də ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, qırtlağın stenozu diaqnozu ilə daxil olub.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ölüm faktını təsdiqləyib.

Xəstənin anamnezinə əsasən bildirilib ki, xəstəyə MOM-da “qırtlağın xərçəngi” xəstəliyinə görə kimyəvi terapiya təklif olunub, lakin xəstə və qohumları bundan imtina edib. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, bu gün saat 06:50-də xəstənin bioloji ölümü gerçəkləşib. 

Ölümün səbəbi isə kəskin ağciyər-ürək çatışmazlığı, qırtlağın Cr-i, stenozla ağırlaşma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, subremissiya mərhələsi kimi qeyd olunub.