Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verdi

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. 

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb. 

Hadisə şahidlərinin “Report”un Rusiya bürosuna bildirdiyinə görə, miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib. 

Verilən məlumata əsasən hadisə milli zəmində baş verib.