Bakıda hündürmərtəbəli binadakı yanğın söndürüldü

Bakı şəhərinin Nizami rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzildə 3 m² sahədə tikinti materialları yanıb. 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.