Rusiyada təyyarə yerə çırpıldı - VİDEO

Rusiyanın Maqadan vilayətində təyyarə yerə çırpılıb.

Bu barədə TASS xəbər yayıb.

Məlumata görə, göyərtəsində 12 sərnişin və iki heyət üzvü olan təyyarə havaya qalxan zaman sürət yığa bilməyib. 

Bildirilir ki, qəzadan sonra beş nəfər xəstəxanaya yerləşdirilib, beş nəfər evə buraxılıb, qalanları həkim müayinəsini gözləyir. Ölən yoxdur. 

Müstəntiqlər baş verənlərin iki əsas versiyasını nəzərdən keçirirlər: təyyarənin texniki nasazlığı və uçuş qaydalarının pozulması. Təyyarənin istismarı və hərəkəti zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.