Çində koronavirusla bağlı qorxulu statistika

Çinin materik hissəsində koronavirusa yoluxanların sayı 74 mini keçib, onlardan 2118 nəfər ölüb, 16155 nəfəri sağalıb.

“RİA Novosti“nin məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsindən xəbər verilib.

Son 24 saat ərzində ölkə daxilində 394 yoluxma hadisəsi təsdiq edilib, 114 ölüm (onlardan 108-i Hubey əyalətində) qeydə alınıb və 1779 xəstə sağalıb.

Honqkonqda 65 (onlardan ikisi ölüb, beşi sağalıb), Makaoda 10 (altısı xəstəxanadan buraxılıb), Tayvanda 24 (onlardan biri ölüb, ikisi sağalıb) yoluxma aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, Çin sərhədlərindən xaricdə 25 ölkədə 924 yoluxma halı aşkarlanıb.