Tramp səfiri kəşfiyyat rəhbəri təyin edir

ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyatın direktoru səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə Vaşinqtonun Berlindəki səfiri Riçard Qreneli gətiməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu məlumatı CNN yayıb. Məlumata görə, Milli Kəşfiyyat direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı olan Cozef Maquayr postunu martın 11-də tərk edəcək. Buna səbəb isə onun bu posta təyinatının Senat tərəfindən təsdiqlənməməsidir.

Bununla belə Trampın yeni namizədini də Respublikaçılar Patiyasının bir hissəsi dəstəkləməkdən imtina edib.