Miri Yusif karaoke albomunu təqdim etdi - FOTO/VİDEO

Xalq artisti Miri Yusif pərəstişkarlarına növbəti yeni layihəsini təqdim edib. Oxu.Az xəbər verir ki, sənətçi “Youtube” kanalında “20 böyük hit” adlı karaoke albomunu dinləyicilərin öhdəsinə buraxıb.

“SS production” tərəfindən yayımlanan albomda müğənnini sevdirən 20 böyük hit layiqli yerini tutub. Fevralın 20-dən başlayaraq, 20 gün ərzində albomdakı mahnılar hər gün saat 20-də yayımlanacaq. 

Xalq artisti təqdim etdiyi albomla bağlı müsabiqə elan edib. Müsabiqəyə qatılmaq üçün Miri Yusifin sevilən mahnılarından birini oxumaqla video çəkib #mycrystalhall həştəqi ilə paylaşmaq tələb olunur.

Ən fərqli videoların müəlliflərini isə 24 may “Crystal Hall”da keçiriləcək konsertə biletlər, həmçinin konsert zamanı yadda qalan sürprizlər gözləyir.