Mələfə ilə pəncərədən qaçmaq istədi, yeddinci mərtəbədən yıxıldı

Rusiyanın Moskva şəhərində bir şəxs yaşayış binasının yeddinci mərtəbəsindən yıxılıb.

REN TV-nin yaydığı xəbərə görə, kişi bir-birinə bağladığı mələfələr vasitəsi ilə pəncərədən yerə düşmək istəyib.

Yeddinci mərtəbəyə çatanda o yıxılaraq ağacın üstünə, ordan da yerə düşüb.

Özü ayağa qalxan həmin şəxs şok vəziyyətində xəstəxanaya çatdırılıb.