Koronavirusla əlaqədar Rusiyada bəzi azərbaycanlılar işsiz qalıb

Rusiyanın Novosibirsk şəhərində yaşayan və işləyən azərbaycanlılar problemlə üzləşiblər.

Bu barədə Oxu.az-a topdansatış meyvə anbarında işləyən həmyerlilərimizdən biri bildirib.

Onlar meyvələrin əsasən Çindən gəldiyini və koronavirusa görə tədarükün dayandığını bildiriblər.

Həmyerlimiz bununla bağlı video da göndərib.

Kadrlarda görünür ki, anbarlar tamamilə boşdur.