Politoloq: “Münhen debatında Paşinyanın çıxışları baş naziri gülüş obyektinə çevirdi”

“Münhen Təhlükəsizlik Forumu dünyada təhlükəsizlik sahəsində ən əsas platforma hesab edilir”. Bunu Sherg.az-a açıqlamasında siyasi şərhçi Kamran Sultanlı deyib.

Politoloq bildirib ki, bu cür panellərdə iştirak dünya ictimaiyyətinin diqqətini cəlb etmək baxımından olduqca böyük önəm daşıyır: 

“İlk dəfə olaraq bu il Münhendə liderlər arasında debat və tarixi diskusiv xarakterli panel təşkil edildi. Prezident İlham Əliyev görüşə yüksək dil keyfiyyətləri, xüsusilə tarixi bilikləri ilə Paşinyanın hər çıxışına faktlarla və arqumentlərlə cavab verdi. Paşinyanın çıxışları və cavabları isə baş naziri gülüş obyektinə çevirdi. Çünki həqiqət və beynəlxalq hüquq məhz bizim tərəfimizdədir. Prezident bu çıxışı ilə erməni həmkarıni pis vəziyyətdə qoydu. Həm ermənilərə, həm də dünyaya tarixi reallıqları göstərdi”.