160 sərnişini daşıyan qatar relsdən çıxdı: Ölənlər var

Avstraliyanın Viktoriya ştatında sərnişin qatarı relslərdən çıxıb.

Bu barədə “7News” telekanalı məlumat yayıb.

“Melburn şəhərinin şimalında yerləşən Wollan yaşayış məntəqəsinin yaxınlığında 160 sərnişinin olduğu qatar relslərdən çıxıb”, - rəsmi məlumatda qeyd olunub. 

Bildirilir ki, qəza nəticəsində iki sərnişin həyatını itirib.