İranda daha 2 nəfər koronavirusa görə karantinə götürülüb

İranın Mazandaran əyalətinin Babol şəhərində 2 nəfər koronavirusa mümkün yoluxma şübhəsi ilə karantinə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Babol Universitetinin Tibb Fakultəsinin dekan müavini Mustafa Cevaniyan məlumat verib. 

“Hər iki şəxs hazırda karantində saxlanılır və onlardan lazımi analizlər götürülüb. Dəqiq diaqnoz üçün nəticələri gözləyirik” , - deyə o, bildirib.

Xatırladaq ki, ötən gün İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfər xəstəxanada vəfat edib. Səhiyyə nazirinin müavini Əlirza Vahabzadə faktı təsdiqləyib.

Qumda məktəblərdə bir günlük tətil elan edilib.