Azərbaycanın çay ixracı azaldı

Yanvarda ölkədən 46,8 ton çay ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 317 min ABŞ dolları olub.

Xatırladaq ki, 2019-cu ilin yanvarında Azərbaycandan dəyəri 659 min dollar olmaqla 108 tonadək çay ixrac edilib.