Zərdabda torpaqların zəbt olunmasına etiraz edildi - FOTO

Zərdabda bir qrup sakin örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz edib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, rayonun Çallı kənd sakinləri etiraz olaraq bu gün yolu bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb, onların şikayətini dinləyib.

M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib.