İdlibdə iki türk əsgəri şəhid olub: Beş əsgər yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı aparan birləşmələri hava hücumuna məruz qalıb.

AZƏRTAC Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, hücum nəticəsində Türkiyə ordusu iki şəhid verib. Daha beş hərbçinin yaralandığı bildirilir.